Bu gün BİTKOL –un kollektivi və tələbələri istedadlı gənc, kollecimizin riyaziyyat müəlliməsi Günay Nağızadənin oğlu Elşən Nağızadəylə maraqlı zaman keciriblər. Belə ki, Elşən proqramlaşdırmadakı istedadı sayəsində kompüter oyunu yaradıb və bunun nəticəsi olaraq, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “İdeya var” layihə- müsabiqəsində birinci yerin qalibi olub. Hal hazırda isə, Təhsil Nazirliyi tərəfindən keçirilən “Sabahın alimləri” ümumrespublika müsabiqəsinə layihə üzərində çalışır. Və eyni zamanda, kolecimizin tələbələrinin də iştirak edəcəkləri “Qızıl bayt” müsabiqəsinə də hazırlaşır. Kollecimizin direktoru Varis Allahverdiyev istedadlı övlad yetişdirdiyinə görə, Günay müəlliməyə təşəkkürnamə təqdim etdi. Dostluq və yaradıcılıq mühitində keçən görüş tələbələrimizdə yarış ruhunu yüksəltməyə və gələcəyə inamla baxmağa geniş imkanlar açdı.