“Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” adlı regional seminar
25-27 yanvar 2017-ci il tarixlərində İCOM Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyi, İCOM Gürcüstan Milli Komitəsi və P.S. Həmzətova adına Dağıstan təsviri incəsənət muzeyinin (Mahaçqala, Rusiya) birgə təşkilatçılığı ilə “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar – sərgi keçirilib.
Seminarda Azərbaycan Gürcüstan və Rusiyadan zərgərlik kolleksiyaların kuratorları, zərgərlər, zərgərlik üzrə dizaynerlər, qiymətli metal və daşlar üzrə rəssamlar, müasir zərgərlik brendlərinin nümayəndələri, bərpaçılar, konservatorlar, muzeyin təhlükəsizlik xidməti nümayəndələri və marketinq menecerləri iştirak ediblər. Seminar-sərgi çərçivəsində Azərbaycan Xalça Muzeyində zərgərlik nümunələrinin sərgi-satış yarmarkası da keçirilib.
Tədbirdə kollecimizi BİTKOL-un müəllimi, zərgərlik üzrə rəssam dizayner Eduard Şamarayev təmsil edib.
Onun əl işlərindən ibarət kolleksiya seminar-sərgi iştirakçıları və izləyicləri tərəfindən bəyənilib və rəğbət qazanıb. Kollecin bir qrup müəllimi sərgiyə baxıb. Tədbirdən fotoları sizə təqdim edirik.
Seminar-sərgi “Lider” TV-də ışıqlandırılıb.