Xəbərlər
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində tədrisin rəqəmsallaşdırılması layihəsi çərçivəsində növbəti aydan etibarən Kiçik Summativ Qiymətləndirmə (KSQ) imtahanları rəqəmsal formatda təşkil olunacaq.
Keçirilən iclasda Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin müdiri Günel Dadaşova rəqəmsal imtahan sisteminin obyektivliyin və şəffaflığın artırılması, kağız sərfiyyatının azaldılması və nəticələrin çevik təhlili baxımından böyük üstünlüklər təmin etdiyini vurğulayıb.
Fənn birləşmə sədrlərinin iştirak etdiyi iclasda sual bazasının formalaşdırılması və rəqəmsal imtahanların keçirilmə qaydaları müzakirə olunaraq, qarşıda duran vəzifələr üzrə müvafiq tapşırıqlar verilib.


