Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası E-Kitabxana TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Sənaye və Texnologiya Kollecində valideyn iclası keçirilmişdir

Kollecin “İqtisadiyyat, idarəetmə və marketinq” şöbəsində “Turizm işinin təşkili”, “Mühasibat uçotu”, “Bələdiyyə işi” və “Marketinq” ixtisasları üzrə təhsil alan M106, M106R, B106, TT106 və MQ106 qruplarında valideyn iclası keçirilmişdir.

İclasda şöbə müdiri, qrup rəhbərləri və kollecin psixoloqunun iştirakı ilə tələbələrin tədris prosesi, dərsə davamiyyəti, akademik göstəriciləri, intizam vəziyyəti və təlim-tərbiyə məsələləri ətraflı müzakirə olunmuşdur. Həmçinin tələbələrin təhsildəki uğurlarının artırılması, psixoloji adaptasiyası, qarşıya çıxan çətinliklərin aradan qaldırılması və valideyn-kollec əməkdaşlığının daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.

Tədbirdə çıxış edən valideynlər kollec rəhbərliyi tərəfindən yaradılmış şəraitdən, tədrisin təşkilindən və tələbələrə göstərilən diqqətdən razılıqlarını ifadə etmişlər. 

İclasın sonunda tələbələrin nailiyyətlərinin artırılması və təhsil prosesinə valideyn nəzarətinin gücləndirilməsinin vacibliyi xüsusi vurğulanmışdır.