Xəbərlər
16 oktyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində fəaliyyət göstərən Könüllülük və Sosial İnkişaf Klubunun kuratoru, Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədova Pərvanənin təşəbbüsü və rəhbərliyi ilə klub üzvləri olan tələbələr üçün Milli Aviasiya Akademiyasına ekskursiya təşkil olunmuşdur.
Ekskursiyanın əsas məqsədi tələbələrin aviasiya və müasir texnologiyalar sahəsinə marağını artırmaq, onları ali təhsil mühiti ilə yaxından tanış etmək, dünyagörüşlərini genişləndirmək və gələcək peşə seçimlərinə istiqamət vermək olmuşdur.
Səfər çərçivəsində tələbələr Milli Aviasiya Akademiyasının fəaliyyəti, tədris mühiti və təhsil imkanları ilə tanış olmuş, aviasiya sahəsinin müasir inkişaf istiqamətləri, bu sahədə tələb olunan bilik və bacarıqlar, eləcə də peşəkar inkişaf perspektivləri barədə məlumat əldə etmişlər.
Ekskursiya tələbələrin biliklərinin zənginləşdirilməsi, yeni təcrübə qazanmaları və gələcək karyera hədəflərini müəyyənləşdirmələri baxımından əhəmiyyətli olmuşdur. Eyni zamanda, bu cür maarifləndirici səfərlər gənclərin dünyagörüşünün genişlənməsinə, şəxsi və peşəkar inkişafına, yeni bilik və təcrübələr əldə etmələrinə mühüm töhfə verir.
Könüllülük və Sosial İnkişaf Klubunun təşkilatçılığı ilə həyata keçirilən bu ekskursiya tələbələrin maariflənməsinə, ali təhsil mühiti ilə yaxından tanış olmalarına və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmələrinə xidmət etmişdir. Səfər iştirakçılar tərəfindən maraqla qarşılanmış və faydalı təcrübə kimi yadda qalmışdır.
https://youtube.com/shorts/4fRpRRmCzZs









