Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Kollecimizin məzunu Tofiq Tağızadənin “Səssizliyin səsi” adlı ilk fərdi rəsm sərgisi keçirilib

Misir Ərəb Respublikasının Səfirliyində Sənaye və Texnologiya Kollecinin keçmiş məzunu Tofiq Tağızadənin “Səssizliyin səsi” adlı ilk fərdi rəsm sərgisi keçirilib.

Sərgi kollecin Gənclərin İnkişaf Klubunun kuratoru, müəllim İlahə Nuriyevanın təşkilatçılığı ilə baş tutub. Tofiqin Azərbaycan milli ruhunu və mənəvi dəyərlərimizi əks etdirən rəsm əsərləri tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Tədbirdə millət vəkilləri, ziyalılar, dəyərli qonaqlar və kollecin Gənclərin İnkişaf Klubunun tələbələri iştirak ediblər. Qonaqlar Tofiqin yaradıcılığı haqqında xoş fikirlərini bölüşərək onun istedadını və sənətə olan sevgisini yüksək qiymətləndiriblər.

İlahə Nuriyeva çıxışında gənclərin istedadlarının üzə çıxarılmasının və yaradıcılıq imkanlarının dəstəklənməsinin vacibliyini vurğulayıb. O, həmçinin kollecin direktoru Nasim Abışova gənclərə göstərdiyi diqqət və qayğıya, bu kimi təşəbbüslərə verdiyi dəstəyə görə xüsusi təşəkkürünü bildirib.

Tofiq Tağızadənin ilk fərdi rəsm sərgisi onun yaradıcılıq yolunda əlamətdar hadisə olmaqla yanaşı, istedadlı məzunlarımızın uğurlarına verilən dəyərin gözəl nümunəsidir.

Hər bir istedadın görünməyə, dəyərləndirilməyə və dəstəklənməyə haqqı var!