Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kolleci “QANAD” layihəsi çərçivəsində keçirilən tədbirə ev sahibliyi edib

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən “QANAD” (Qabiliyyətlərin Aşkarlanması və Növbəti Addımda Dəstək) layihəsi çərçivəsində tədbir ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində baş tutub. 

Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, həmçinin müxtəlif kollec və peşə təhsili müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak ediblər.

Layihənin əsas məqsədi internat məktəblərində təhsil alan şagirdlərin bacarıq və potensiallarının üzə çıxarılmasına, təhsil imkanlarına çıxışının genişləndirilməsinə və onların gələcək təhsil ilə karyera seçimlərində dəstəklənməsinə töhfə verməkdir.

Kollec tədbirə ev sahibliyi etməklə yanaşı, qonaqların tanışlığı üçün tələbələrin yaradıcılıq işlərindən ibarət sərgi təşkil edib. Sərgidə kollecin Dizayn (Qrafik dizayn) və Dekorativ-tətbiqi sənət (Zərgərlik) ixtisasları üzrə təhsil alan tələbələrinin rəsm əsərləri və əl işləri nümayiş etdirilib.

Tədbir iştirakçıları sərgi ilə tanış olub, tələbələrin hazırladığı yaradıcılıq nümunələrinə baxıblar.