10 oktyabr tarixində Bakı Konqres Mərkəzində keçirilən “Game Summit” tədbirində ADNSU-nun nəzdində fəaliyyət göstərən Sənaye və Texnologiya Kollecinin tələbələrinin yaratdığı “Azedev” startapı və onun nəzdində fəaliyyət göstərən “Palecrest Interactive” oyun studiyası öz stendi ilə təmsil olunub.
Stendimizi ziyarət edən iştirakçılar tələbələrimizin hazırladığı oyun layihəsini sınaqdan keçirərək öz təəssüratlarını bölüşüblər.
Microsoft/Xbox şirkətinin “Xbox Game Camp” proqramının rəhbəri Peter Zetterberg də oyunumuzu sınaqdan keçirib və layihə haqqında müsbət rəy bildirib. Digər tədbir iştirakçıları da oyunumuzu oynayaraq müsbət fikirlərini bölüşüblər.
Kollecimizin tələbəsi Yusif Əzizov tərəfindən təsis edilən “Azedev” gənclərin texnologiya və oyun sənayesində öz ideyalarını real məhsullara çevirməsinə, komanda şəklində işləməsinə və yaratdıqları layihələri geniş auditoriyaya təqdim etməsinə imkan yaradır.
Bu iştirak tələbələrimizin texniki biliklərini praktikada tətbiq etmələrinin, yaradıcılıqlarını nümayiş etdirmələrinin və yerli oyun sənayesində öz izini qoymağa başlamalarının nümunəsidir.




