Səlcuq Universitetinin Ədəbiyyat Fakültəsinin Tərcümə və Tərcüməşünaslıq şöbəsinin təşkilatçılığı ilə oktyabrın 7-dən 9-dək VI Beynəlxalq Dil və Tərcümə Tədqiqatları Konfransı öz işinə başlayıb.
Nüfuzlu elmi tədbirin canlı sessiyaları Bartın Universitetində, onlayn iclasları isə Zoom platforması üzərindən keçirilir. Konfrans bir sıra ali təhsil müəssisələrinin birgə tərəfdaşlığı ilə reallaşdırılır. Tərəfdaşlar arasında Səlcuq Universiteti, Bartın Universiteti, Azərbaycan Dillər Universiteti, Bayburt Universiteti, Dokuz Eylül Universiteti, Fırat Universiteti, Munzur Universiteti, Necmettin Erbakan Universiteti, Ordu Universiteti və Yozgat Bozok Universiteti var.
Konfransda ADNSU nəzdində Sənaye və Texnologiya Kollecinin müəllimi Gülnar Rzayeva “Xalq şairi Vahid Əziz poeziyasında ümumişlək leksikanın işlənmə xüsusiyyətləri” (“Features of the Treatment of Common Vocabulary in the Poetry of the Folk Poet Vahid Aziz”) mövzusunda elmi məruzə ilə çıxış edib.
