5 oktyabr 2026-cı il tarixində Bakı Dövlət Universitetində Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Təhsildə Yeni Çağırışlar" VII Beynəlxalq Forumu keçirilib. "Daha təhsilli gələcək" şüarı altında baş tutan bu nüfuzlu tədbirdə Sənaye və Texnologiya Kollecinin "Dillər" fənn birləşməsinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, "Könüllülük və Sosial İnkişaf" klubunun kuratoru Pərvanə Məmmədova və "Təbiət fənləri" birləşməsinin müəllimi Yaqut Mamedova iştirak ediblər.


