Kollecimizin tarix müəllimi Gülnarə Əbdüləzimova və biologiya müəllimi Yaqut Mamedova “Sinergiya Forumu”nda iştirak ediblər.
Müəllimlərin şəxsi və peşəkar inkişafına həsr olunan forumda müasir təhsil yanaşmaları, müəllim, valideyn və uşaq arasında əməkdaşlığın əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində təşkil olunan çıxışlar və müzakirələr iştirakçılar üçün yeni bilik və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olub.


