Sənaye və Texnologiya Kollecinin Dillər fənn birləşməsinin Azərbaycan dili və ədəbiyyat müəllimi, eyni zamanda "Könüllülük və Sosial İnkişaf" klubunun kuratoru Məmmədova Pərvanə Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş genişmiqyaslı Təhsil Forumunda iştirak etmişdir.
500-dən çox təhsil işçisinin və mütəxəssisinin bir araya gəldiyi bu möhtəşəm tədbir təhsil sahəsindəki müasir meyllərin, innovativ yanaşmaların və tədrisin keyfiyyətinin yüksəldilməsi yollarının müzakirəsinə həsr olunmuşdur. Forum çərçivəsində təhsilin inkişafı, peşəkar bacarıqların artırılması və rəqəmsal tədris metodları üzrə fəal fikir mübadiləsi aparılmışdır.
Müzakirələrdə fəal çıxış edən və öz təcrübəsini bölüşən Məmmədova Pərvanə "Sözünü de" platforması çərçivəsində də öz fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Tədbirin sonunda fəal iştirakına görə ona xüsusi sertifikat təqdim olunmuşdur.


