Kollecin müəllimi Vüsalə Əbdürrəhimovanın “Azərbaycanda Multikulturalizm: Mədəni Müxtəlifliyin Qorunması və Sosial Ahəngin Formalaşması” adlı elmi məqaləsi XII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunun “Bilim Yazarları” kitabının II cildində nəşr olunub. (səh. 143–152-) Tədqiqatda Azərbaycanda multikulturalizmin formalaşması, mədəni müxtəlifliyin qorunması və sosial ahəngin təmin olunması məsələləri araşdırılır. Məqalədə ölkəmizin tolerantlıq ənənələri və müxtəlif mədəniyyətlərin birgəyaşayışının əhəmiyyəti elmi baxımdan təhlil edilir. Nəşr müəllifin elmi-pedaqoji fəaliyyətinin və multikulturalizm sahəsində apardığı tədqiqatların nəticələrindən biridir.
https://drive.google.com/file/d/1RkUH2JYUkk4Nd41ha3rvS8C2nTl40Ioa/view?usp=drive_link

