Xəbərlər
ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kolleci ilə Hacettepe Universitetinin Sosial Elmlər Peşə Yüksək Məktəbi arasında təhsil və akademik əməkdaşlığın qurulması məqsədilə onlayn görüş keçirilib.
Görüşdə ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecindən kollecin direktoru professor Nasim Abışov, tədris hissə müdiri Lalə Nəsibova, keyfiyyət təminatı şöbəsinin müdiri Kəmalə Əliyeva, qeydiyyat, monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Günel Dadaşova, aidiyyəti şöbə müdirləri Təranə Vəliyeva, Pərvin Məmmədova, kafedra müdirləri Sevinc Qasımova və Elnarə Kazımova, Hacettepe Universitetinin Sosial Elmlər Peşə Yüksək Məktəbinin direktoru professor doktor Mehmet Akif Ayarlıoğlu, direktor müavini professor doktor Volkan Işık və universitetin Beynəlxalq Əlaqələr və Protokollar Koordinatorluğunun nümayəndəsi iştirak ediblər.
Görüş zamanı tələbə mübadiləsi, birgə təlimlərin və konfransların təşkili, eləcə də uyğun ixtisaslar üzrə ikili diplom proqramlarının yaradılması imkanları müzakirə olunub. Tərəflər əməkdaşlığın inkişaf etdirilməsi və növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.




