Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

"EcoStart-up" klubunun yeni üzvlərinin seçim və tanıtım iclası keçirilib

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində "EcoStart-up" klubunun yeni tədris ili üzrə fəaliyyətinin təşkili, tələbələrin kluba cəlb olunması, seçim və tanıtım mərhələsinin keçirilməsi məqsədilə görüş təşkil olunub.

Görüşün əvvəlində Kollecin tərbiyə işləri üzrə direktor müavini Asəf Məmmədov çıxış edərək "EcoStart-up" klubunun tələbələrin ekoloji düşüncə tərzinin formalaşdırılması, innovativ ideyaların dəstəklənməsi və layihə fəaliyyətinin inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, tələbələrin klubun fəaliyyətində fəal iştirakının, ekoloji və startap yönümlü layihələrin hazırlanmasının, eləcə də yerli və beynəlxalq tədbirlərdə iştirakın mühüm olduğunu qeyd edib və yeni üzvlərə uğurlar arzulayıb.

Klubun kuratoru Günel Şükürova, sədr müavini Fatimə Nəsirova, müxtəlif fəaliyyət istiqamətləri üzrə koordinatorlar və katib Aytac Alizadə tərəfindən tələbələrə klubun əsas fəaliyyət istiqamətləri, qarşıya qoyulan məqsədlər, vəzifələr və üzvlərin fəaliyyətində gözlənilən iştirak formaları barədə ətraflı məlumat verilib.

Görüş zamanı koordinatorlardan Laləzar Quliyeva, Fatimə Hüseynli, Aysun Nuhzadə, Mədinə Məmmədova, Dəniz Azər, Nilufər Həsənzadə, Pərvanə Həmidzadə, Fatimə Məlikova, Mətanət Kərimova, Lamiyə Qasımova, Könül Əliyeva, Nurlana Dəmirli və Zaur Axundov rəhbərlik etdikləri istiqamətlər üzrə təqdimatlarla çıxış edərək klubun fəaliyyət imkanları haqqında məlumat veriblər. Yeni üzvlər də özlərini təqdim edərək elmi layihə və innovativ ideyaları barədə fikirlərini bölüşüblər.

Tanıtım görüşündə "Mədəniyyət və incəsənət" klubunun sədri Rövnəq Mirzəxanlı qonaq qismində iştirak edib. Tədbir qarşılıqlı fikir mübadiləsi, elmi müzakirələr və tələbələrin fəal iştirakı şəraitində davam edib.

Görüşün sonunda "EcoStart-up" klubuna yeni qoşulan tələbələrə fəaliyyətlərində uğurlar arzulanıb, onların elmi, innovativ və ictimai təşəbbüslərinin dəstəklənməsinin vacibliyi vurğulanıb. Tələbə təşəbbüslərinin inkişafına və elmi-ictimai klubların fəaliyyətinin genişləndirilməsində yaradılan şəraitə görə Kollecin direktoru Nasim Abışova təşəkkür bildirilib.