Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Gənclərin İnkişafı Klubu Üzeyir Hacıbəyovun yaradıcılığına həsr olunmuş VIII Beynəlxalq Musiqi Festivalında

Azərbaycan Milli İncəsənət Muzeyinin dəvəti ilə Sənaye və Texnologiya Kollecinin Gənclərin İnkişafı Klubunun kuratoru İlahə Nuriyeva və klubun üzvləri Üzeyir Hacıbəyovun yaradıcılığına həsr olunmuş VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirdə iştirak ediblər.

Festival çərçivəsində təşkil olunan musiqi proqramı gənclərimiz üçün dəyərli sənət və mədəniyyət təcrübəsi olub. Tədbirdən sonra muzey tərəfindən gənclərimiz üçün xüsusi ekskursiya təşkil edilib, onlar Azərbaycan incəsənətinin zəngin irsi və qiymətli sənət nümunələri ilə yaxından tanış olublar.

Gənclərimizə göstərilən xüsusi diqqət, səmimi qarşılanma və qayğıya görə Azərbaycan Milli İncəsənət Muzeyinin rəhbərliyinə və kollektivinə dərin təşəkkürümüzü bildiririk.

Belə mədəni görüşlər gənclərin milli-mənəvi dəyərlərə, musiqiyə və incəsənətə marağının artırılmasına mühüm töhfə verir.