Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

CodeNest Akademiya və ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin Birgə Təşkilatçılığı ilə Süni İntellekt və Kibertəhlükəsizlik Seminarı Təşkil Olunub

Sənaye və Texnologiya Kollecində tələbələrin rəqəmsal bacarıqlarının artırılması, müasir texnologiyalar və süni intellekt (AI) sahəsində maarifləndirilməsi məqsədilə CodeNest Akademiya ilə birgə seminar təşkil olunub.

CodeNest Akademiyanın təsisçisi və direktoru Əliqulu Abbasov çıxış edərək tələbələri salamlayıb. Ə. Abbasov günümüzdə süni intellekt texnologiyalarının sürətli inkişafı, bu sahədə passiv "istehlakçı" deyil, texnologiyanı yaradan və idarə edən peşəkar kadr kimi yetişməyin əhəmiyyətindən danışıb. O, CodeNest Akademiyasının təhsil konsepsiyası barədə məlumat verərək, gənclərin analitik düşüncə, proqramlaşdırma və AI mühəndisliyi istiqamətində sistemli biliklər əldə etmələrinin vacibliyini diqqətə çatdırıb.

Açılış nitqindən sonra seminarın əsas hissəsinə start verilib. Tədbirin əsas spikeri, CodeNest Security Labs-ın AI Təhlükəsizlik Arxitektoru Fərid Məmmədov tələbələr üçün "Enterprise AI Defense & OWASP LLM: Generativ Modellərdə Hücum Sərhədləri və Müdafiə Sistemləri" mövzusunda geniş təqdimatla çıxış edib.

Seminar çərçivəsində aşağıdakı kritik istiqamətlər təhlil olunub:

Paradiqma Dəyişikliyi: Ənənəvi deterministik proqram təminatı ilə ehtimallı (probabilistic) Generativ AI sistemləri arasındakı fundamental fərqlər.

Müasir AI Təhlükələri: OWASP Top 10 for LLM Applications standartları əsasında Direct/Indirect Prompt Injection, Jailbreaking, Vector & RAG Poisoning və Agentic AI sistemlərində həddindən artıq səlahiyyət (Excessive Agency) riskləri.

Müdafiə Arxitekturaları: AI tətbiqlərinin təhlükəsizliyini təmin edən korporativ Guardrails mexanizmləri, izolyasiya edilmiş sandbox mühitləri və PII məlumatlarının sızmasının qarşısının alınması.

İnteraktiv formatda keçən seminarın sonunda tələbələrin sualları cavablandırılıb. Tələbələrə təqdim olunan xüsusi rəqəmsal resurslar və QR kodlar vasitəsilə təlim materiallarını əldə etmək, həmçinin Akademiyanın təhsildə inkişaf proqramlarına qeydiyyatdan keçmək imkanı yaradılıb.