Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Təbrik edirik!

Kollecin müəllimi İlahə Füzuli qızı Hüseynovanın “Müasir dövrdə Azərbaycanda multikulturalizm” adlı elmi məqaləsi Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Elmi əsərləri” elmi jurnalında (Cild 93, №4, 2026-cı il, səh. 101–107) dərc olunmuşdur.

Məqalədə müasir dövrdə Azərbaycanda multikulturalizmin nəzəri əsasları, tolerantlıq və mədəni müxtəliflik məsələləri, eləcə də multikulturalizm siyasətinin sosial və ictimai əhəmiyyəti araşdırılır. Tədqiqatda Azərbaycanın tarixən formalaşmış tolerantlıq ənənələri, müxtəlif etnik və dini qrupların qarşılıqlı hörmət şəraitində birgəyaşayışı, təhsil sistemində multikultural dəyərlərin təbliği və mədəniyyətlərarası dialoqun inkişafı kimi məsələlərə diqqət yetirilir.

Məqalənin nəticələrində təhsil və maarifləndirmənin multikultural dəyərlərin formalaşdırılmasında mühüm rolu vurğulanır. Müəllif qloballaşma, informasiya axınları və mədəni təsirlərin yaratdığı çağırışlar fonunda tolerantlıq mühitinin və milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətini qeyd edir.

https://doi.org/10.69682/arti.2026.93(4).101-107