Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Təbrik edirik!

Kollecin müəllimi Gülnarə İbrahim qızı Əbdüləzimovanın “Multikulturalizm və milli kimlik: qarşılıqlı təsir mexanizmləri” adlı elmi məqaləsi Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Elmi əsərləri” elmi jurnalında (Cild 93, №5, 2026-cı il, səh. 137–140) dərc olunmuşdur.
Məqalədə müasir multikultural cəmiyyətlərdə multikulturalizm və milli kimlik arasındakı qarşılıqlı əlaqələr, bu münasibətlərin formalaşmasına təsir edən əsas mexanizmlər və milli kimliyin transformasiyası məsələləri araşdırılır.
Tədqiqatın elmi yeniliyi multikulturalizm və milli kimlik arasındakı münasibətlərin ziddiyyət, kompromis, hibridləşmə və sintez olmaqla dörd əsas mexanizm üzrə konseptual şəkildə təhlil edilməsidir. Məqalədə həmçinin milli kimliyin etnik əsaslı yanaşmadan vətəndaş əsaslı yanaşmaya transformasiyasının sosial sabitlik və inteqrasiya proseslərinə təsiri nəzərdən keçirilir.

https://doi.org/10.69682/arti.2026.93(5).137-140


Kollecimizin müəlliminin elmi fəaliyyətində növbəti uğurunu təbrik edir, ona yeni elmi yaradıcılıq nailiyyətləri arzulayırıq!