Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Rəsmi statistik məlumatlarla bağlı iclas keçirilib

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimovanın rəhbərliyi ilə rəsmi statistik məlumatların hazırlanması ilə bağlı iclas keçirilib. 

Görüşdə tələbə kontingenti, kurslar üzrə bölgü, yaş və tədris dilinə görə bölgü, davamiyyət, təqaüd alan tələbələr, tələbə hərəkəti və digər statistik göstəricilər üzrə hazırlanmış məlumatlar nəzərdən keçirilib. Məlumatların ilkin mənbələr əsasında dəqiq və vaxtında hazırlanmasının vacibliyi vurğulanıb və komissiya üzvlərinə müvafiq tapşırıqlar verilib.