Gənclərin İnkişafı Klubunun sosial təşəbbüsü
Sənaye və Texnologiya Kollecinin Gənclərin İnkişafı Klubunun kuratoru İlahə Nuriyevanın təşəbbüsü ilə, klubun sədri Aytən Abasova və klub üzvləri tərəfindən sosial təşəbbüs həyata keçirilib.
Təşəbbüs çərçivəsində tək yaşayan və əlil arabasından istifadə edən bir xanım ziyarət olunub. Gənclər onunla səmimi söhbət edib, vaxt keçirərək diqqət və mənəvi dəstəklərini göstəriblər.
Bu görüş gənclər üçün empatiya, mərhəmət və sosial məsuliyyətin əhəmiyyətini bir daha xatırladan dəyərli bir təcrübə olub.
Bu görüş gənclərimiz üçün sadəcə bir ziyarət deyil, insana dəyər verməyin, qayğı göstərməyin, sevgi və diqqətə ehtiyacı olan insanların yanında olmağın və onların qayğısına qalmağın əhəmiyyətini öyrədən mənəvi bir təcrübə oldu.