Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsi tərəfindən fənn birləşmə sədrləri ilə iclas keçirilib

​Sənaye və Texnologiya Kollecində 2026–2027-ci tədris ilinin başlaması ilə əlaqədar Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsinin fənn birləşmə sədrləri ilə növbəti işgüzar iclası keçirilib. ​İclası giriş sözü ilə açan bölmə müdiri Günel Dadaşova yeni tədris ilində qarşıda duran əsas vəzifələr və tədrisin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlərə toxunub.

İclasda aşağıdakı mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb: ​

Tədris intizamı və məsuliyyət: Müəllim heyətinin dərs cədvəlinə ciddi əməl etməsi və tədris prosesinə daha məsuliyyətlə yanaşmasının vacibliyi vurğulanıb; ​

Tələbələrin adaptasiyası və davamiyyət: Tələbələrin tədris mühitinə rahat adaptasiya olunması üçün dərslərin maraqlı və interaktiv qurulması, eyni zamanda tələbə davamiyyətinə ciddi nəzarət edilməsi tapşırılıb;

 ​Tədris diqqətinin qorunması: Dərs zamanı diqqəti yayındıran vasitələrdən — mobil telefon və qulaqcıqlardan istifadənin qarşısının alınması üzrə tədbirlərin görülməsi qeyd olunub; 

​Diaqnostik qiymətləndirmə: Müəllimlər üçün təşkil olunan diaqnostik qiymətləndirmədə pedaqoji heyətin tam heyətdə iştirakının təmin edilməsi diqqətə çatdırılıb; ​

Dərsdinləmə meyarları: Dərsdinləmə prosesi zamanı nəzərə alınacaq əsas keyfiyyət və qiymətləndirmə meyarları iclas iştirakçılarının diqqətinə çatdırılıb. 

​İclasın sonunda fənn birləşmə sədrlərinin sualları cavablandırılıb və qeyd olunan istiqamətlər üzrə müvafiq tapşırıqlar verilib.