Sənaye və Texnologiya Kollecinin “Dizayn və Tikiş” tədris emalatxanasında yeni tədris ili üzrə məşğələ dərslərinə start verilib.
Emalatxana müdiri dizayner, təlim ustaları və müəllimlərin birgə iştirakı ilə təşkil olunan məşğələlərdə TM104, TM205, TM206 və D105 qruplarının tələbələri iştirak edirlər.
Yeni tədris ilindən etibarən emalatxananın müasir model tikiş avadanlıqları ilə təchiz olunması tələbələrin praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün daha geniş imkanlar yaradıb. Tələbələr yeni avadanlıqlardan istifadə etməklə tikiş texnologiyalarını daha dərindən mənimsəyir.
Məşğələlərin əsas məqsədi tələbələrin ixtisasları üzrə peşə hazırlığının keyfiyyətini yüksəltmək, onların yaradıcılıq potensialını inkişaf etdirmək və müasir əmək bazarının tələblərinə cavab verən bacarıqlı mütəxəssislər kimi yetişmələrinə töhfə verməkdir.










