Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

AZEDEV komandası “Bonfire Playtest” tədbirində 1-ci yerə layiq görülüb

GameponsHub Yaradıcı Mərkəzinin nəzdində keçirilən “Bonfire Playtest” tədbirində Sənaye və Texnologiya Kollecinin tələbələrindən ibarət “AZEDEV” komandası 1-ci yerə layiq görülüb.

Tədbirdə "AZEDEV" komandasının rəhbəri, "Kompüter sistemlərinin təmiri və servisi" (KT-104) ixtisasının tələbəsi Yusif Əzizov, eyni ixtisas üzrə təhsil alan Ramal Məmmədli, "Telekommunikasiya və kompüter sistemlərinin informasiya təhlükəsizliyi" (TK-205) ixtisasının tələbələri Nadir Allahverdiyev və Selena Ələkbərli, eləcə də komandanın digər üzvləri iştirak ediblər.
Playtest çərçivəsində komandalar hazırladıqları oyun layihələrini təqdim edib, iştirakçılardan rəy alıb və layihələrin inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
Yüksək hazırlıq və uğurlu təqdimatı ilə seçilən “AZEDEV” komandası tədbirin yekun nəticələrinə əsasən yarışmanın qalibi olub.

Tələbələrimizi bu uğur münasibətilə təbrik edir, onlara yeni nailiyyətlər arzulayırıq!

https://youtube.com/shorts/g2JgMI4-f00?feature=share

https://youtube.com/shorts/8o-zzzCEiF0?feature=share