Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Cambridge Beynəlxalq Biologiya Proqramının tədrisi üzrə sessiya keçirilib

26 sentyabr 2026-cı il tarixində “Velociss Learning Center” təhsil şirkəti tərəfindən “Biologiyanın Beynəlxalq Proqramlar əsasında tədrisi” mövzusunda sessiya keçirilib.

Sessiyada Kollecin Biologiya laboratoriyasının müdiri Günel Şükürova iştirak edib. Sessiya çərçivəsində Cambridge Beynəlxalq Biologiya Proqramının məzmunu, müasir tədris metodları, praktiki və laboratoriya fəaliyyətlərinin təşkili, eləcə də şagirdlərin elmi-tədqiqat və analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində faydalı məlumatlar təqdim olunub.

Sessiyada iştirak beynəlxalq təcrübənin öyrənilməsi, biologiyanın tədrisində müasir yanaşmaların tətbiqi və laboratoriya fəaliyyətinin təkmilləşdirilməsi baxımından əhəmiyyətli olub.