Xəbərlər
23 sentyabr 2026-cı il tarixində ADNSU nəzdində Sənaye və Texnologiya Kollecində Tələbə-Gənclər Təşkilatının (TGT) fəaliyyəti, əhəmiyyəti və kollecdaxili klubların tələbə həyatındakı rolu ilə bağlı tədbir keçirilib.
Tədbir zamanı TGT-nin fəaliyyəti, tələbələr üçün yaratdığı imkanlar və kollecdaxili klubların istiqamətləri haqqında ətraflı məlumat verilib. TGT sədri Nurlu Zəhra çıxış edərək Tələbə-Gənclər Təşkilatının fəaliyyətini tələbələrin diqqətinə çatdırıb, kollecdaxili klubları rəsmi olaraq elan edib və klubların fəaliyyət istiqamətləri barədə məlumat verib.
Daha sonra kollecdaxili klubların sədrləri çıxış edərək rəhbərlik etdikləri klubların əsas fəaliyyət istiqamətləri, həyata keçirilməsi nəzərdə tutulan layihələr və tələbələr üçün yaradılacaq imkanlar barədə məlumat veriblər:
İT klubu – Əzizov Yusif
Beynəlxalq Əlaqələr klubu – Abdullazadə Nəzrin
Könüllülük və Sosial İnkişaf klubu – Məhərrəmli İlkanə
Gənclərin İnkişaf klubu – Abasova Aytən
Mədəniyyət və İncəsənət klubu– Əliyev Rövnəq
İdman klubu – Sadıqov Rəvan
Eco və Start-Up klubu– Alpaşayev İbrahim
Tədbirin sonunda tələbələrin sosial-ictimai fəallığının artırılması, yeni ideya və təşəbbüslərinin dəstəklənməsi istiqamətində fəaliyyətlərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyi diqqətə çatdırılıb.










