Sənaye və Texnologiya Kollecinin müəllimi İlahə Nuriyevanın təşkilatçılığı ilə “Tikiş və Trikotaj İstehsalının Texnologiyası və Dizayn” ixtisasının tələbələrinin hazırladığı Milli Geyim təqdimatı “Mir” televiziya kanalının efirində işıqlandırılıb.
Milli Geyim Festivalında nümayiş etdirilən təqdimatda tələbələrimiz Azərbaycan milli geyimlərinin zənginliyini və estetik xüsusiyyətlərini müasir dizayn yanaşması ilə təqdim ediblər.
Tələbələrimizin yaradıcılığı, milli geyimlərə müasir baxışı və Azərbaycan mədəni irsinə bağlılığı festivalda xüsusi maraq doğurub. Təqdimatın “Mir” kanalında işıqlandırılması isə gənclərimizin əməyinin və yaradıcılığının daha geniş auditoriyaya çatdırılması baxımından əlamətdar hadisədir.
Milli dəyərlərimizi yaşadan, onları müasir dizayn dili ilə gələcək nəsillərə ötürən tələbələrimizin uğurları ilə qürur duyuruq.