Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

STK-nın tələbələri Milli Geyim Festivalında

Milli Geyim Festivalında Sənaye və Texnologiya Kollecinin Gənclərin İnkişaf Klubunun kuratoru İlahə Nuriyeva, klubun sədri Aytən Abasova və klub üzvləri iştirak ediblər.

Festival çərçivəsində kollecin “Tikiş məmulatları və trikotaj istehsalının texnologiyası və dizaynı” ixtisasının tələbələri tərəfindən hazırlanmış əl işlərindən ibarət milli geyim nümunələri və yaradıcı təqdimatlar nümayiş etdirilib.

Tələbələr öz əl işlərini təqdim edərkən milli geyim ənənələrimizin müasir dizayn yanaşmaları ilə vəhdətini nümayiş etdiriblər. Onlar festivalda kolleci layiqincə təmsil ediblər.

Milli irsimizin qorunması, milli geyim mədəniyyətimizin təbliği və gənclərin yaradıcılıq potensialının dəstəklənməsi baxımından festival tələbələrimiz üçün dəyərli və yadda qalan olub.