Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

Sənaye və Texnologiya Kollecində Direktor yanında növbəti iclas keçirilib

Sənaye və Texnologiya Kollecində rəhbərliyin və məsul şəxslərin iştirakı ilə Direktor yanında növbəti işgüzar iclas keçirilib. İclasın əsas müzakirə mövzusu 2026–2027-ci tədris ilinin ilk gününün yüksək səviyyədə təşkili və qarşıda duran vacib vəzifələr olub.

​İclasda bildirilib ki, yeni tədris ilində tam orta təhsil (11 illik) bazasından 488 tələbə kollecə qəbul olunub. Müzakirələr zamanı tədris prosesinin intizamlı və səmərəli təşkili üçün aşağıdakı istiqamətlər üzrə tapşırıqlar verilib:

​Tələbə kontingentinin idarə olunması: 11-ci sinif bazasından qəbul olan tələbələrin ixtisas qrupları üzrə elektron jurnal sisteminə tam və vaxtında yerləşdirilməsi;

​Davamiyyətə nəzarət: Tyutorlar tərəfindən dərs davamiyyətinin cədvəl üzrə elektron sistemdə mütəmadi və dəqiq aparılmasının təmin edilməsi;

​Nizam-intizam: Şöbə müdirləri tərəfindən tədris ili ərzində tələbələrin daxili intizam qaydalarına ciddi riayət etməsinə nəzarətin gücləndirilməsi;

​Təhlükəsizlik infrastrukturu: Təhlükəsizliyin və nizam-intizamın daha effektiv təmin olunması məqsədilə kollecin tədris binalarında video-müşahidə kameralarının sayının artırılması və auditoriyalara quraşdırılması;

​Kadr potensialının artırılması: Əməkdaşların rəqəmsal bacarıqlarının yüksəldilməsi məqsədilə yeni tədris ilində kompüter təlimlərinin təşkili üçün xüsusi planın hazırlanması.

​İclasın sonunda qeyd olunan məsələlərin icrası ilə bağlı müvafiq struktur bölmələrinə dərhal icraya başlanılması üçün tapşırıqlar verilib.