Ana Səhifə
Kollec
Abituriyentlər
Tədris
Müəllimlər
Fəaliyyətimiz
Qalereya
Məzun bazası TƏLƏBƏ KABİNETİ

Xəbərlər

QƏBUL REYTİNQİNDƏ YÜKSƏK NƏTİCƏ

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kolleci 2026/2027-ci tədris ilinin qəbul göstəricilərinə əsasən yüksək nəticələr əldə edib.

9 illik təhsil bazasında kollec həm Azərbaycan, həm də rus bölməsində ölkə üzrə 1-ci yerdə qərarlaşıb. Azərbaycan bölməsində “Kompüter sistemlərində proqram təminatı” ixtisasının keçid balı 231, rus bölməsində isə “Mühasibat uçotu” ixtisasının keçid balı 236,5 olub.

11 illik təhsil bazasında da kollecin qəbul göstəriciləri yüksək nəticələrlə xarakterizə olunur. Rus bölməsində “Kompüter sistemlərində proqram təminatı” ixtisası 188,6 balla ölkə üzrə 1-ci, Azərbaycan bölməsində isə eyni ixtisas 166,3 balla ölkə üzrə 3-cü yerdə qərarlaşıb.

Xüsusilə diqqətəlayiq göstərici isə kollecdə qəbul aparılan 19 ixtisasdan 16-si üzrə keçid balının ölkə üzrə yüksək olmasıdır.

Bu nəticələr ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinə abituriyentlərin yüksək marağının, etimadının və kollecin orta ixtisas təhsili sahəsində mövqeyinin göstəricisidir.