“StudentFest” düşərgəsində iştirak etmək istəyənlərin nəzərinə.

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi yay tətilinin son günlərini daha əyləncəli və maraqlı keçirmək məqsədilə 25-28 avqust tarixlərində “Təhsil” Respublika İdman Mərkəzinin Zuğulba tədris idman bazasında orta ixtisas və peşə təhsili alan tələbələr üçün “StudentFest” düşərgəsi təşkil edəcək.

4 günlük tələbə düşərgəsinin təşkil olunmasında əsas məqsəd tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri, həmçinin peşəkar mentorların təlim və seminarları vasitəsilə gələcək karyera imkanlarının, ixtisas sahələri üzrə zəruri bilik, bacarıq və səriştələrinin artırılmasıdır. Bundan başqa, isti yay günlərində həm mental, həm də fiziki sağlamlığınızın qeydinə qalmaq məqsədilə festival çərçivəsində müxtəlif idman oyunları, master-klaslar, psixoloji testlər, parkur yarışları və Xəzər dənizinin sahilində musiqi gecələri təşkil ediləcəkdir.

Qeyd: Sağlamlıq imkanları məhdud tələbələrin də iştirakı arzuolunandır.

Peşəkar və şəxsi zəmində təkmilləşmək, əylənərək öyrənmək, yeni dostluqlar qazanmaq, eləcə də bizə qoşulan hər kəs üçün faydalı olacaq festivalda iştirak etmək istəyirsənsə, indi qeydiyyatdan keç!

Qeydiyyat linki: https://forms.gle/uiWBH5zfBczypbKU6

Son müraciət tarixi: 12 avqust, 23:59