ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində 28 May Müstəqillik gününə həsr edilmiş “Açıq dərs”

 

23.05.2022-ci il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində Könül Məmmədovanın “Poliqrafiya istehsalatının texnologiyası” ixtisası üzrə

P 101 qrupunda “Açıq dərs”i keçirildi.

Dərsdə kollecin rəhbərliyi və fənn müəllimləri iştirak edirdilər.

“Açıq dərs” tarix fənni ilə fənlərarası əlaqə yaradılması ilə başladı. Qeyd olundu ki, xalqımızın şanlı tarixinə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyi tələbələr tərəfindən xüsusi vurğulandı. .

Dərsdə müasir təlim üsullarından istifadə edildi. Fəal təlimin motivasiya, tədqiqatın təşkili, məlumatın mübadiləsi, nəticələrin çıxarılması və tətbiq etmədən ibarət mərhələlərinə əməl olundu. Müasir dərsə verilən tələblər gözlənilməklə, əyani-texniki vəsaitdən istifadəyə geniş yer verdi. Tələbələrin fəallığı təmin edildi.

Könül Məmmədova qarşısına qoyduğu məqsədə nail oldu. Belə ki, o, dərsi orta ixtisas məktəblərində fəal təlim metodlarına əsaslanan açıq dərs üçün müəyyənləşdirilmiş tələb və standartlara uyğun formada təqdim etdi.