“18 may - Beynəlxalq Muzeylər Günüdür” ritorikası çərçivəsində ekskursiya

 

Mayın 18-də  ADNSU-nin nəzdində Sənaye və Texnologiya Kollecində 18 may - Beynəlxalq Muzeylər Günüdür” ritorikası çərçivəsində ekskursiyalar təşkil edilib.

 

Ekskursiyaların təşkil olunmasında əsas məqsəd tələbələrin dünyagörüşünü, bilik və bacarıqlarını daha da inkişaf etdirmək, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında ətraflı məlumatları çatdırmaqdan ibarətdir.

Ekskursiyalar çərçivəsində tələbələr “Azərbaycan İstiqlal muzeyi”, “İncəsənət muzeyi”, Hərbi Qənimətlər Parkı, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, “Şirvanşahlar sarayı”, “Azərbaycan Milli Xalça muzeyi”, Tahir Salahov adına ev muzeyi, “Vaqif Mustafazadə adına ev muzeyi”  və digər yerlərə səfərlər ediblər.

Onu da qeyd edək ki,  uzun illər erməni vandalizminə məruz qalan mədəniyyət məkanlarının bərpası ilə yanaşı, Qarabağda düşməndən azad edilmiş ərazilərdə  yaradılacaq işğal muzeylərinə ekskursiyaların təşkil olunması da, nəzərdə tutulur.

 

Ekskursiyalar ilə bağlı şəkillər aşağıda təqdim edilir.