Dekorativ – tətbiqi sənət (zərgərlik)

 

Dekorativ - tətbiqi sənət – bu sənətə el arasında "xalq sənəti" də deyirlər. Bu sənətin zərgərlik, xalçaçılıq, batik (kələğayı), qobelen, dulusçuluq (keramika), toxuma və bədii tikmə, bədii şüşə, bədii oyma (metal, ağac, daş, sümük üzərində oyma) və döymə sənəti kimi növləri var.

Kollecimizdə “Dekorativ - tətbiqi sənət (zərgərlik)” ixtisasında tədrisin təşkili milli dekorativ tətbiqi sənət ənənələrinə və müasir dövrün tələblərinə müvafiq şəkildə inkişaf edir. Fakültədə mütəxəssis hazırlığı subbakalavr üzrə əyani təhsil formasında aparılır. Dekorativ - tətbiqi sənət (zərgərlik) ixtisasında aşağıda qeyd olunan fənnlər tədris olunur:

· Rəsm

· Rəngkarlıq

· Plastik anatomiya

· Materialların texnologiyası və avadanlıqlar

· Zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması texnologiyası

· Zərgərlikdə layihələndirmə və kompozisiya

· Xalq naxışları

· Heykəltaraşlıq

Rəsm - təsviri incəsənətin bütün növlərinin əsasıdır. Cizgi və ton rəsmin əsas elementlərindən biridir. Rəsm fənninin əsas vəzifəsi onun digər tədris fənnləri ilə qarşılıqlı əlaqəsidir. Fənnin tədrisi zamanı tələbələr həmçinin prespektiv qanunlarını öyrənməklə, gələcəkdə zinət əşyasının kompozisiyasını quran zaman onlara çox kömək olacaq.

Rəngkarlıq fənninin tədrisi rəssam – zərgərin rəng duyumunun formalaşmasında, rənglərin uyğunluq prinsip və qanunlarının öyrənilməsi, zinət əşyalarının bəzədilməsində istifadə olunan qaşların seçimi, mina texnologiyasının tətbiqində kömək olur.

Plastik anatomiya fənninin məqsədi anatomiyanın öyrənilməsi vacibliyini və onun təsvirinin incəsənətdə tətbiqi ifadəsinə olan münasibəti göstərməkdir. Fənnin tədrisi zamanı plastik anatomiya elminin tarixinə və yaranmasına dair maraqlı materiallar əsasında anatomiyanın müasir prinsiplərinin öyrədilməsi nəzərdə tutulur.

Materialların texnologiyası və avadanlıqlar fənninin tədrisinin əsas məqsədi tələblərə zərgərlik məmulatlarının hazırlanmasında istifadə olunan materiallar, onların fiziki xüsusiyyətləri, istifadə məqsədləri ilə tanış etməkdir. Həmçinin fənninin tədrisi zamanı rəssam – zərgərlər istehsalat zamanı istifadə olunan alət və avadanlıqlar ilə tanış olmaqla yanaşı, onlardan düzgün istifadə qaydalarını öyrənir.

Zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması texnologiyası fənninin tədrisi zamanı tələbələr müxtəlif zinət əşyalarının hazırlanması texnologiyasını və zərgərlikdə fərqli emal qaydalarının tətbiqini öyrənir.

Zərgərlikdə kompozisiya və layihələndirmə - bu fənnin tədrisi zamanı tələbələr öz ideyalarını müxtəlif üslub və dizaynda təsvir etməyi, zinət əşyasının hazırlanmadan öncə layihəsinin düzgün qaydada qurulmasını öyrənir.

Xalq naxışları fənnin tədrisi zamanı rəssam – zərgərlər milli naxış və ornamentlərimizin tarixi yaranma mənşəyini, bu naxışların qurulma sxeminin qaydasını və onların növlərini öyrənir. Bu ornamentləri öyrənməkdə məqsəd zinət əşyaları dizayn edilən zaman ornamentlərdən düzgün istifadə etmək və milli qurulma qanunlarını saxlamaq şərti ilə müasir elementlərlə sintezini, stilizəsini gerçəkləşdirməkdir.

Heykəltaraşlıq fənninin tədrisi zamanı tələblərə aşılanan forma və həcm hissiyatının formalaşması, gələcəkdə rəssam – zərgərlərin təxəyyül etdikləri zinət əşyasının formasını düzgün qaydada təsvir etməsinə kömək olur.

Video


 

Video


Video