“Təhsil Tələbə Krediti Fondu” tərəfindən maarifləndirici seminar

 

Mayın 12-də ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecində “Təhsil Tələbə Krediti” nə həsr olunmuş seminar keçirilib.

Seminarda “Təhsil Tələbə Krediti Fondu”nun sədr müavini Bəhruz Əzimov və İnsan Resursları şöbəsinin müdiri Türanə xanım Kərimova,həmçinin kollecin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib.

Tədbiri giriş nitqi ilə Sənaye və Texnologiya Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Şahbazlı açdı.

Seminarda Azərbaycanda əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə yaradılan “Təhsil Tələbə Krediti Fondu”nun mahiyyəti, əsas məqamları ilə bağlı mühazirə oxundu.

Mühazirədə kreditlərin kimlərə verilməsi, alınan kreditlərin hansı müddətə qaytarılması, güzəştlərin nədən ibarət olacağı, təhsil tələbə kreditinin sosial növündən hansı tələbələrin yararlana biləcəyi və s. kimi məqamlara aydınlıq gətirldi.

Seminarda mövzu ilə bağlı müzakirələr aparıldı, verilən suallar cavablandırıldı.

 

Kollecin direktoru Faiq Şahbazlı yekun sözü ilə çıxış edərək, məzmunlu və səmimi çıxışlarına görə qonaqlara öz minnətdarlığını bildirdi.


TTK üzrə təqdimat