“Ümummilli lider Heydər Əliyev-99” ritorikası çərçivəsində tədbir

 

 

 

10 may 2022-ci il tarixində ADNSU nəzdində Sənaye və Texnologiya kollecində Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbir Azərbaycanın Dövlət himninin sədaları ilə başlayıb. Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı sənədli film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan ADNSU nəzdində Sənaye və Texnologiya kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Faiq Şahbazlı müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin dövlətçilik təcrübəsindən bəhs edərək,  onun hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşdiyini, bu gün Prezident İlham Əliyevin Ulu öndər  Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməsini diqqətə çatdırıb.

ADNSU nəzdində Sənaye və Texnologiya kollecinin şöbə müdiri, fəlsəfə doktoru N.Məmmədova “Heydər Əliyev fenomeni–ərazi bütövlüyünün təmin olunması” mövzusunda məruzə edib.

N. Məmmədova Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında böyük xidmətləri, erməni iddiaları, torpaqlarımızın işğalına rəvac verən amillər, bu iddialara qarşı Heydər Əliyevin mübarizəsi, onun həm Sovet hakimiyyəti dövründə, həm də, müstəqillik dövründə bu istiqamətdə yeritdiyi siyasət, həmçinin, Azərbaycanın beynəlxalq arenada tanınması istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verib.

Heydər Əliyev xalqa və vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi olmuşdur. Müstəqil Azərbaycan dövlətinin bu günkü hərtərəfli inkişafı Heydər Əliyevin uzaqgörənliklə hazırladığı konsepsiya əsasında qurulmuşdur.

Bu gün Ulu Öndərimizin varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən onun siyasi kursu uğurla davam etdirilir. Azərbaycanda müstəqilliyin dayaqlarının möhkəmləndirilməsi və uzunmüddətli siyasi sabitlik, davamlı iqtisadi inkişaf təmin olunur. Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır!

Daha sonra  Kollecin Həmkarlar Təşkilatının sədri, metodkabinə müdiri Bağırov Xəlil ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə tədbirlər: kollecin  tələbələri arasında keçirilmiş  idman turnirləri, şeir və esse müsabiqəsi haqqında məlumat verdi.

Tədbirdə tələbələrin ifasında ümummilli liderə həsr olunmuş ədəbi-musiqili kompozisiya təqdim edilib.

Tədbirin sonunda ümummilli liderin xatirəsinə həsr olunan video çarx nümayiş etdirilib.

 

Tədbirə aid şəkillər aşağıda təqdim olunur.