Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Uşaqları İctimai Birliyinin maarifləndirici seminarı

Aprelin 6-da ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecində “İnsan alverinə qarşı mübarizə” yə  həsr olunmuş seminar keçirilib.

Seminar koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə ölkədə tətbiq edilən karantin rejiminin tələblərinə uyğun təşkil olunub.

Seminarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı: polis polkovnik-leytenantı İbrahim Əhmədov Azərbaycan Uşaqları İctimai Birliyinin hüquqşünası Fariz Əkbərovhəmçinin kollecin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib.

Tədbiri giriş nitqi ilə Sənaye və Texnologiya Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Şahbazlı açdı.

Seminarda “İnsan alverinə qarşı mübarizə və bu cinayətin başlıca səbəblərinin aradan qaldırılmasında təhsilin, məlumatlandırmanın rolu haqqında” mövzusunda mühazirələr oxundu.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı: polis polkovnik-leytenantı İbrahim Əhmədov və Azərbaycan Uşaqları İctimai Birliyinin hüquqşünası Fariz Əkbərov məruzələrində Azərbaycan Respublikasında insan alverinə qarşı aparılan mübarizə, qanunvericilik, “İnsan alveri və məcburi əmək” anlayışlarının mahiyyəti, məzmunu və tarixi, İnsan alveri qurbanlarının əlamətləri, insan istismarına daxil olan amillər və bu cinayət növünə qarşı aparılan mübarizə tədbirləri haqqında geniş məlumat verdilər.

Seminarda mövzu ilə bağlı müzakirələr aparıldı, verilən suallar polis polkovnik-leytenantı İbrahim Əhmədov və hüquqşünas Fariz Əkbərov tərəfindən ətraflı şəkildə cavablandırıldı.

Kollecin direktoru Faiq Şahbazlı yekun sözü ilə çıxış edərək, məmzmunlu və səmimi çıxışlarına görə qonaqlara öz minnətdarlığını bildirdi.

Seminara aid fotolar aşağıda təqdim olunur.