ADNSU nəzdində Sənaye və Texnologiya kollecində Novruz bayramı ilə əlaqədar tədbir

Martın 18-də ADNSU nəzdində Sənaye və Texnologiya kollecində Novruz bayramı ilə əlaqədar tədbir  keçirildi.

ADNSU nəzdində Sənaye və Texnologiya kollecinin direktoru, dosent Faiq Şahbazlı tədbirdəki çıxışında Novruz bayramının mahiyyəti, məzmunu ilə bağlı danışdı. O, vurğuladı ki, bu bayram təkcə yeni gün, yeni əhval-ruhiyyə demək deyil. Bu bayram həm də qədim mədəniyyətimizin təbliği deməkdir. Daha sonra F.Şahbazlı çıxışında Vətən müharibəsi-ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etdi.

Kollecin Həmkarlar İttifaqının sədri Bağırov Xəlil Novruz bayramı münasibəti ilə müəllim-tələbə heyətini, texniki və tədris köməkçi heyəti bayram hədiyyələri ilə təbrik edərək, onlara bahar əhval-ruhiyyəsi, can sağlığı və səadət arzuladı.

Tədbirin sonunda Novruz bayramına həsr olunmuş videoçarx nümayiş etdirildi.

Novruz bayramınız mübarək olsun!