ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin tələbələri tədris və istehsalat təcrübəsinə başlayıblar

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin tələbələri 16 fevral tarixindən tədris və istehsalat təcrübəsinə başlayıblar.

Sonuncu kurs tələbələrinə təcrübə müddətində kollec tərəfindən ayrılmış müəllimlər və müvafiq müəssisələrin əməkdaşları rəhbərlik edəcək.

Təcrübəyə hazırlıq mərhələsində bütün ixtisaslar üzrə tələbələrlə təcrübə rəhbərləri arasında görüşlər keçirilib. Təcrübəçilərin fəaliyyətləri ilə bağlı xüsusi göstərişlər verilib, təcrübə müddətində nizam-intizam qaydalarına ciddi əməl olunması vurğulanıb.

 

Təcrübəçi tələbələrin diqqətinə Covid-19 pandemiyası ilə bağlı tələblər və onlara əməl olunması xüsusi diqqətə çatdırılıb.