“20 YANVAR-Ümumxalq Hüzn Günü”dür ritorikası çərçivəsində maarifləndirici seminar

 



19 yanvar 2022–ci il tarixində ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində “20 YANVAR-Ümumxalq Hüzn Günüdür ritorikası çərçivəsində “20 YANVAR- xalqımızın müstəqilliyimizə qoyduğu abidədir” mövzusunda seminar keçirilib.

Seminar Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Seminar koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə ölkədə tətbiq edilən karantin rejiminin tələblərinə uyğun təşkil olunub.

Tədbiri giriş nitqi ilə açan Sənaye və Texnologiya Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Şahbazlı 20 Yanvar faciəsi - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet - rus qoşunlarının fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə yeridildiyi, dinc əhaliyə divan tutduğu, yüzlərlə insanı qətlə yetirdiyi, yaraladığı və itkin düşdüyü qırğınla bağlı ümumi məlumat verdıkdən sonra çıxış üçün sözü kollecin şöbə müdiri, ped. üzrə fəlsəfə doktoru N. Məmmədovaya verdi.

N. Məmmədova “20 YANVAR- xalqımızın müstəqilliyimizə qoyduğu abidədir” mövzusunda” çıxış etdi. Öz çıxışında N. Məmmədova 32-ci il əvvəl baş vermiş 20 Yanvar faciəsinin fəlsəfi-ideoloji mahiyyəti, məzmunu və tarixi haqqında ətraflı məlumat verdi.

Sonda o, qeyd etdi ki, bu gün şəhidlərimizin ruhu şaddır, çünki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu tərəfindən işğal altında olan torpaqlarımız artıq düşmən tapdağından azad edilib.

Ölkəmizin azadlığı uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi əbədi yaşayacaq, bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır.

Allah Şəhidlərimizə rəhmət eləsin!

 

Tədbir “20 Yanvar faciəsi” ilə bağlı videoçarın nümayişi ilə başa çatıb.



VİDEO