ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində qış imtahan sessiyası şəffaf və obyektiv keçirilir.

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində 2021/2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir. Qış imtahan sessiyası Sənaye və Texnologiya Kollecinin direktoru, dosent Faiq Şahbazlının 29 dekabr 2021-ci il tarixli əmrinə əsasən yanvarın 5-dən etibarən başlayıb. İmtahanlar əyani şöbədə yanvarın 29-dək, qiyabi şöbədə yanvarın 26-dək iki növbədə (9:00, 13:00) yazılı formada keçiriləcək.

İmtahanların keçirilməsi zamanı “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na riayət olunub. Hər bir otağa düşən iştirakçı sayı sosial məsafə prinsipinə əsasən tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.

Kollecdə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə müvafiq tədbirlər görülüb. İmtahanların nəticələrinin təlimata müvafiq olaraq tələbələrə çatdırılması təmin edilir.

Sənaye və Texnologiya Kollecinin direktoru, dosent Faiq Şahbazlı hər gün imtahanların gedişatını şəxsən izləyir, tapşırıq və tövsiyələrini verir. Hər hansı problem yaranacağı təqdirdə, ona müraciət edə biləcəklərini bildirib.