Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar tədbir

 

Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq  ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində 30 noyabr tarixində tədbir keçirildi.

TGT-nın təşəbbüsü və iştirakı ilə Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri, bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olan Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar  keçirilən ədəbi-bədii tədbirlə bağlı fotolar aşağıda təqdim edilir.