Beynəlxalq Müəllimlər Günü münasibəti ilə ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecində tədbir

 

5 oktyabrda ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecində Beynəlxalq Müəllimlər günü münasibətilə tədbir keçirilib. Tədbir Koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə ölkədə tətbiq edilən sərt karantin rejiminin tələblərinə uyğun təşkil edilib.

Tədbirdə çıxış edən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru, dosent Faiq Şahbazlı ölkəmizdə 1993-cü ildən qeyd edilməyə başlayan müəllimlərin peşə bayramının mahiyyəti, ictimai-siyasi əhəmiyyəti haqqında ətraflı məlumat verərək, böyük müəllim ordusunun respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda yorulmadan fəaliyyətini xüsusi vurğuladı.

Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyevin və eləcə də, onun siyasi kursunun davamçısı olan ölkə başçısı İlham Əliyevin müəllim əməyinə yüksək qiymət verdiyini, təhsil işçilərinin sosial vəziyyətinin, rifah halının yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli qərarların qəbul edilməsini qeyd edən Faiq Şahbazlı kollecin pedaqoji kollektivini müqəddəs peşə bayramı münasibəti ilə təbrik etdi, onlara can sağlığı və fəaliyyətlərində uğurlar arzuladı.

Müəllimlər günü münasibətilə uğurlarına və səmərəli fəaliyyətinə görə çalışmanın yaş həddinə çatmış əmək müqaviləsinə xitam verilmiş müəllimlərə, o cümlədən təhsil sahəsindəki nəailiyyətlərinə görə kollecin bir qrup əməkdaşıına Fəxri fərmanlar və gül-çiçəklər təqdim olundu.