İlham Əliyevin «Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir” çağırışı

 

 

 

Hazırda  dünyanın  hər tərəfində COVID-19-un  tüğyan etdiyi bir vaxtda koronavirus pandemiyası  ilə mübarizədə Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq miqyasda irəli sürdüyü təşəbbüslər və onların həyata keçirilməsi böyük əhəmiyyətə malikdir. Belə ki, Dövlət başçısı İlham Əliyev hələ 2020-ci ilin aprel ayından başlayaraq dünya dövlətlərinə və beynəlxalq təşkilatlara ünvanladığı  «Koronavirus pandemiyası (COVID-19)- qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir” çağırışı dünyanın biri-birinə əks olan qütblərini bir araya gətirdi, həmrəyliyin və çoxtərəfli əməkdaşlığın pandemiyanın aradan qaldırılmasında əhəmiyyətli rol oynadığını əsaslı şəkildə diqqətə çatdırdı.

Prezident İlham Əliyev 2021-ci il fevralın 1-də Azərbaycan Dövlət Televiziyasına müsahibəsində ölkəmizin koronavirusla mübarizə tədbirlərindən bəhs edərkən vaksinasiya ilə bağlı dünya dövlətlərinə çağırışla müraciət edərək, qlobal bəlanın qarşısını almaq üçün birgə səylərin göstərilməsinin, təcrübə mübadiləsinin aparılmasının vacibliyini xüsusi vurğuladı.

Həmin müraciətdə bildirilirdi ki, peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Hətta zəngin ölkələr kasıb ölkələrin vətəndaşlarının o peyvəndi almalarına yardımçı olmalıdır. Dövlət başçısının  bu çağırışı  prinsipcə bir çox ölkələr tərəfindən dəstəklənmişdir.

2021-ci il fevralın 26-da yerli və xarici media nümayəndələri ilə keçirilən mətbuat konfransında İlham Əliyev  bildirmişdir ki, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət yaşanır: “...Deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar. Hansı bərabərlikdən danışırıq? Şablon bəyanatlar səsləndirmək kifayətdir, onların arxasında heç bir iş dayanmır.”

Pandemiya ilə mübarizədə qlobal liderlik rolunu öz üzərinə götürən Prezident İlham Əliyevin göstərişi ilə  koronavirusla(COVID-19) mübarizə məqsədilə Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərmiş, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü ianə edilmişdir. Onun 5 milyon dolları pandemiya ilə bağlı ümumi tədbirlərə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan kasıb ölkələrə yardıma istiqamətləndirilmişdir.

Yaşadığımız günlərdə  bütün dünyada   koronavirusla (COVID-19) qlobal mübarizədə yeni bir mərhələ- vaksinasiya tədbirlərinə başlanılıb.

2021-ci il martın 23-də  BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatına sədri kimi Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Qətnamənin qəbul ediməsində Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan sessiyası xüsusi əhəmiyyətə malikdir.

Əslində bu qətnamə ilə Azərbaycan COVID-19 əleyhinə peyvəndlərin dünya dövlətləri arasında ədalətli bölüşdürülməsini təmin etmək istiqamətində müvafiq tədbirlər görməyə çağıraraq, pandemiyanın tamamilə aradan qaldırılmasında başlıca əngəllərdən birinin COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinin olduğunu diqqətə çatdırıb. Təbii ki, qətnamənin dəstəklənməsində Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi nüfuzu böyük  rol oynamışdır.

Azərbaycana 44 günlük İkinci Qarabağ müharibəsində qazandırdığı şanlı Qələbə bu qətnamənin də qəbul edilməsində böyük əhəmiyyətə malik olub, Azərbaycanın beynəlxalq aləmdə ədalət meyarını qəbul etdirən bir ölkə olduğunun göstəricisidi