"Qarabağın azadlığı yeni iqtisadi imkanlar yaradıb" ritorikası çərçivəsində maarifləndirici mühazirə.

 

 

 

Qarabağ torpaqlarının azadlığı uğrunda aparılan müharibə çox qısa oldu: cəmi 44 gün. Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində zəfər çaldı. Müzəffər ordumuz və Ali baş komandanımız sayəsində müharibə dövründə 300 şəhər və kənd işğaldan azad olundu.

İkinci Qarabağ müharibəsinin Azərbaycanın tam qələbəsi ilə nəticələnməsi və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə Cənubi Qafqazda geosiyasi və geoiqtisadi vəziyyət kökündən dəyişib, prinsipial olaraq yeni iqtisadi imkanlar yaranıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayında bəyan etdiyi kimi, Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq... Beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik...Biz yeni dövrə qədəm qoyduq. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir.

Prezident İlham Əliyev vurğulanan aspektdəki nitqində ifadə edib: Bir çox ölkələr Qarabağda aparılacaq bərpa işlərinə maraq göstərirlər. Məsələn, Azərbaycanın Türk Şurasındakı fəaliyyəti bu istiamətdə ciddi uğur nümunəsidir. Rəsmi Bakı bu təşkilat çərçivəsində həm türk dövlətlərinin həmrəyliyi, həm də Ermənistanın işğalçı siyasətinin qəbuledilməzliyi fikrinin formalaşması istiqamətində ciddi işlər gördü. Nəticədə, İkinci Qarabağ müharibəsində və pandemiyaya qarşı birgə mübarizə məsələsində Türk Şurası fəallıq göstərdi. Onun üzvləri, Türkiyə başda olmaqla Azərbaycanın haqq işini aktiv surətdə dəstəklədilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Qarabağ Dirçəlişi Fondun qarşısında qoyduğu məqsəd və əsas vəzifələrdən biri Qarabağın dirçəldilməsi, maddi dəyərlərinin bərpası üzrə investisiyaların, sərmayələrin, ianələrin və qrantların cəlb olunmasıdır.

 

Dövlət başçısının göstərişi ilə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addımlar yolların çəkilməsi istiqamətində oldu. Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının birinci mərhələsini işğaldan azad olunmuş ərazilərimizdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılması təşkil edir. Sözsüz ki, yollar olmadan heç bir ərazinin yüksəlişini, sosial iqtisadi inkişafını təmin etmək mümkün deyil. Qarabağ Dirçəliş Fondunun açılması, Şuşanın mədəniyyət paytaxtı elan edilməsi, Füzulidə beynəlxalq hava limanı, ölkənin işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonası, “ağıllı şəhər” və “ağıllı kənd” kimi mütərəqqi konsepsiyaların həyata keçirilməsi Qarabağın inkişafı istiqamətində görüləcək işlərin əsas istiqamətini təşkil edir.