ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecinin direktoru, dosent Faiq Şahbazlının təbriki

 

Hörmətli müəllimlər və əməkdaşlar, əziz tələbələr!

Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı arzulayıram!

Sevinc hissi ilə deyə bilərəm ki, xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olan Novruz bayramı Şanlı Qələbəmiz nəticəsində artıq ölkəmizin hər bir guşəsində qeyd olunacaq, azad olunmuş torpaglarımızda tarixi-mədəni irsimiz yaşayacaq.

30 illik fasilədən sonra əzəli Qarabağ torpaqlarımızın ölkə başçımızın müdrik səyi, igid oğullarımızın şücaəti sayəsində geri qaytarılması bayramımıza bir ayrı əhval-ruhiyyə, rəng, çalar qatıb.

Cənab prezident İlham Əliyevin,Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu ilki ilaxır çərşənbəni Qarabagda, Şuşada keçirmələri, azad olmuş torpaqlarımızı bayram öncəsi ziyarət etmələri, orada bayram tonqallarının qalanması xalqımıza ən böyük Novruz töhfəsi oldu.

Bayram münasibətilə torpaqlarımızı işğaldan azad edən Şanlı Azərbaycan Ordusunu təbrik edirəm! Vətənimizin ərazi bütövlüyünün qorunmasında şəhid olan qəhrəman övladlarımızın xatirəsini ehtiramla yad edir, ruhları qarşısında baş əyirəm! Qazilərimizə Allahdan şəfa diləyirəm!

Arzu edirəm ki, bu bayram hər evə bol sevinc, əmin-amanlıq və ruzi-bərəkət gətirsin!

Bayramınız mübarək!