“Milli-mənəvi dəyərləri yaşadaq” ritorikası çərçivəsində tədbir

Martın 19-da ADNSU nəzdində Sənaye və Texnologiya kollecindəMilli-mənəvi dəyərləri yaşadaq” ritorikası çərçivəsində “Qədim mədəniyyətimizin təbliğində Novruz bayramının yeri və rolu” adı altında tədbir (onlayn) keçirildi.

ADNSU nəzdində Sənaye və Texnologiya kollecinin direktoru, dosent Faiq Şahbazlı tədbirdəki çıxışında ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanan, özünəməxsus adət-ənənələri olan Novruz bayramının əhəmiyyəti, respublikamızda milli-mənəvi dəyərlərin bərpası, onların təbliği yolunda Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin müstəsna rolunda danışaraq vurğuladı ki, bu bayram təkcə yeni gün, yeni əhval-ruhiyyə demək deyil. Bu bayram həm də qədim mədəniyyətimizin təbliği deməkdir. Daha sonra F.Şahbazlı əvvəlki illərdən fərqli olaraq Azərbaycan torpağına bu ilki Novruz bayramının gəlişinin Vətən müharibəsində qazanılmış zəfər, digər tərəfdən Covid-19 pandemiyası ilə mübarizə şəraiti ilə üst-üstə düşdüyünü vurğuladı.

F.Şahbazlı çıxışında Vətən müharibəsi-ərazi bütövlüyünün qorunması uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etdi.

Sonda kollecin müəllim-tələbə heyətini, texniki və tədris köməkçi heyətini Novruz bayramı münasibəti ilə ürəkdən təbrik etdi, onlara bahar əhval-ruhiyyəsi, can sağlığı və səadət arzuladı.

Tədbirin sonunda Novruz bayramına həsr olunmuş videoçarx nümayiş etdirildi.

Onu da qeyd edək ki, artıq ikinci ildir ki, kollecdə Novruz bayramı ila əlaqədar heç bir şənlik təşkil olunmur.

Novruz bayramınız mübarək olsun!