ADNSU nəzdində Sənaye və Texnologiya kollecinin direktoru, dosent Faiq Şahbazlının təbriki

 

Əziz və dəyərli xanımlar.

Sizi, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram!

Azərbaycanda qadınlar bütün sahələrdə hər zaman öz nümunəvi fəaliyyətilə seçilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu bir daha təsdiq edir.

Ötən ilin sonu 44 günlük Vətən müharibəsində də əldə etdiyimiz zəfərdə qadınlarımızın, xüsusilə də analarımızın rolu danılmazdır. Məhz onların Vətənə, xalqa layiqli vətəndaş kimi yetişdirdiyi igid övladları Azərbaycanın işğal olunmuş ərazilərini düşməndən azad etdi və hər birimizə qələbə sevinci yaşatdı.

Tarixi Zəfər qələbəmizi təmin edən ogullar yetişdirən Şəhid Anaları qarşısında baş əyərək əllərindən öpürəm.

Qadın gələcəyin savadlı gəncinin yetişməsində, onun dünyagörüşünün formalaşmasında da böyük rol oynayır.

Sənaye və Texnologiya kollecində çalışan qadın işçilər və müəllimlər, texniki və tədris köməkçi heyətin xanım üzvləri də elmin və təhsilin inkişafında xidmətlərini, xüsusi ilə pandemiya dövründə öz qaygı, nəvaziş və diqqətlərini tələbələrimizdən əsirgəmirlər.

Məhz onların timsalında bütün Azərbaycan xanımlarını, kollecimizin xanım əməkdaşlarını və qız tələbələrimizi bir daha təbrik edir, hər birinə cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətlərində uğurlar arzu edirəm!