ORTA IXTISAS TƏHSILI MÜƏSSISƏLƏRINƏ QƏBUL OLUNAN ABITURIYENTLƏRIN NƏZƏRINƏ!

Abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyat müddəti oktyabrın 14-dək uzadılıb.

Əsas və əlavə yerləşdirmə nəticəsində tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə və ümumi (9 illik ) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti oktyabrın 14-dək uzadılıb.

Abituriyentlər 14 oktyabr saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada da həyata keçirilir.

Online qeydiyyat üçün sənədləri PDF formada aşağıda qeyd olunan ünvana göndərməyiniz xahiş olunur.

Ödənişli əsaslarla qəbul olunan tələbələr ödəniş qəbzinin surətini göndərməlidir.

bakidtik@mail.ru office@bitkol.edu.az

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.göndərilməyəcək.