Bizim məqsədlərimiz:


1) Tələbələrin şəxsi, potensial intellektual və yaradıcılıq imkanlarının hərtərəfli inkişafını təmin etmək.

2) Tələbələri cəmiyyət və şəxsi həyatda yaradıcılığa hazırlamaq.

Müraciət

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci gənclərin texnologiyalar sahəsində müxtəlif peşələrə yiyələnməsinə və eyni zamanda onların Vətənimizə layiqli ixtisaslı kadrlar kimi yetişdirilməsinə xidmət edir. Kollecdə 18 ixtisas üzrə subbakalavr səviyyəsində kadr hazırlığı həyata keçirilir. Bu kadrların yetişməsində öz peşəsini və fənnini sevən, müasir təlim texnologiyalarına yaxından bələd olan təcrübəli müəllimlər xüsusi əmək sərf edirlər. Kollecdə müasir tələblərə cavab verən kompüter zalları, rəsm və tikiş kabinetləri, idman zalı, nəşriyyat, geniş akt zalı, zəngin kitabxana, yeməkxana tələbələr və müəllimlərə xidmət edir. Tələbələrimizə texnologiyalara yiyələnmək, onları gələcək müstəqil həyata peşəkar və fəal vətəndaş kimi yetişdirmək, öz ixtisaslarını yaxşı öyrənmək üçün qayğıkeş mühit və imkanlar yaradılmışdır.

Əsrin mütəxəssisi olmaq və gələcəkdə təhsilinizi ali məktəblərdə davam etdirmək istəyirsinizsə, Sənaye və Texnologiya Kollecini seçin.